FMG olaraq biz yalnız binaları idarə etmirik — onları daha dəyərli, təhlükəsiz və funksional edirik. Müxtəlif təyinatlı obyektlər üçün texniki xidmət, icarə, satış və mühəndislik həllərini bir sistemdə birləşdirərək səmərəliliyi təmin edirik.
Yaşayış binalarında sakinlərə arayışların verilməsi, rəsmi orqanlarla əməkdaşlıq, əmlakdan istifadə qaydalarına nəzarət, müqavilə şərtlərinin yerinə yetirilməsi kimi xidmətlər göstərilməkdədir.
Yüksək və aşağı gərginlikli elektrik xidməti, havalandırma, soyutma- isitmə sistemlərinə, daxili və xarici su təchizatı və kanalizasiya sistemlərinə nəzarət, qazanxananın işlədilməsi kimi xidmətlər göstərilir.
Həm biznes mərkəzləri, həm də yaşayış binalarında 24/7 müştəri xidmətləri və qaza- dispetçer xidməti güvənli və operativ əməkdaşlarımız tərəfindən icra edilir.
Binalarda yanğından mühafizə sisteminə nəzarət və yanğından mühafizə tədbirlərinin keçirilməsi müəyyən edilmiş standartlar əsasında, təhlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirilir.
İT infrastrukturunun planlaşdırılması, layihələndirilməsi və texniki dəstək, aktiv avadanlığın sazlanması və konsultinq xidmətləri ixtisaslaşmış komanda tərəfindən həyata keçirilir.
Ərazinin 24 saat mühafizə edilməsi, kamera müşahidəsinin aparılması, keçid-nəzarət və iş vaxtı qeydiyyat sistemi yüksək dərəcədə ixtisaslaşmış əməkdaşlarımız tərəfindən icra olunur.
Yaşayış binaları və biznes mərkəzlərinin ətrafında gül kolları və ağaclara lazımi qulluq göstərməklə yaşıllığın abadlaşdırılması işləri görülür.
Yaşayış kompleksləri və biznes mərkəzlərinin ərazisində yerləşən avtodayanacaqlarda keçid nəzarət sistemi və ümumi nəzarət həyata keçirilir.
Ümumi istifadə sahələrinin və ofislərin təmizliyi, binada dezinfeksiya, dezinseksiya, deratizasiya işləri, pəncərələrin yuyulması həyata keçirilir.
Müraciətiniz 1 iş günü ərzində cavablandırılacaq