1.1. Lotereya təşkilatçısı haqqında məlumat.
Lotoreya “Facility Management Group” MMC tərəfindən təşkil edilir (VÖEN: 1403645031). “Facility Management Group” MMC danışmaz əmlakların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Daha ətraflı : https://fmg.az/az/
1.2. Lotereyanın adı və keçirilmə forması.
“2026-cı il 1 dekabr tarixindən 15 yanvar 2027-ci il tarixinədək Zefir Mall-da fəaliyyət göstərən istənilən dükandan minimum 30 AZN və artıq qiymətində alış-veriş edən hər kəs lotereya bileti əldə edir və “Manifest lotereyası” adlı stimullaşdırıcı tirajlı lotereya iştirakçısına çevrilir.
Qeyd: Lotereyada iştirak etmək üçün hər bir qəbzin məbləği minimum 30 AZN olmalıdır. Məbləği 30 AZN-dən az olan qəbzlər birləşdirilmir və lotereyada iştirak üçün nəzərə alınmır. Hər biri minimum 30 AZN olan uyğun qəbzlərin məbləğləri toplanır və ümumi məbləğin hər tam 30 AZN-i üçün iştirakçıya 1 lotereya bileti verilir.Məsələn: 50 AZN və 40 AZN məbləğində iki uyğun qəbzin ümumi məbləği 90 AZN təşkil edir və iştirakçıya 3 lotereya bileti verilir.
1.3. Lotereyanın keçirilməsi müddəti.
2026-cı il 1 dekabr tarixindən 15 yanvar 2027-ci il tarixinədək keçiriləcəkdir.
1.4. Lotereyanın keçirildiyi ərazi.
Lotereya “Zefir Mall” ticarət mərkəzində, Bakı Dairəvi yolu 8,
1.5. Lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat.
Lotereya biletləri çap ediləcəkdir, 2 hissədən ibarət olacaqdır. Xüsusi kəsim yerindən 2 hissəyə bölünərək 1 hissəsi sahibində qalmaq şərtilə digər hissəsi təçkilatçıda qalacaqdır. Lotereya biletləri nömrələnəcəkdir (nümunə əlavə edilir).
1.6. Lotereyanın uduş fondu haqqında məlumat.
Lotereyanın qaliblərinə aşağıdakı hədiyyələrdən hər birindən 1 (bir) ədəd təqdim olunur və uduş fonduna əlavə vəsaitin qoyulması nəzərdə tutulmur:
Dyson HS08 Airwrap Prussion Blue, PlayStation 5 Slim 1 TB, Robot tozsoran Xiaomi H40, AirPods 3, Apple Watch SE 3 44mm, MacBook NEO və iPhone 17 pro 256GB.
1.7. Lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydaları haqqında məlumat.
“Zefir Mall” ticarət mərkəzində 30.01.2027-ci il tarixində saat 15:00-da lototron vasitəsilə təsadüfi seçim üsulu ilə 7 ədəd lotereya bileti seçiləcək və həmin biletlər üzrə qaliblər müəyyən ediləcək.
1.8. Uduşlu lotereya biletlərinin lotereya təşkilatçısı tərəfindən qəbulu (elektron biletlər üzrə təsdiqi) və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat.
ştirakçı qəbzin əsli ilə Zefir Mall-un lotereya stendinə yaxınlaşmalı, adını, soyadını, FİN kodunu və mobil nömrəsini təqdim etməlidir.
Qəbzin tarixi, alış-verişin partnyor mağazada edilməsi, məbləği, tərkibi və lotereya şərtlərinə uyğunluğu yoxlanılır. Məlumatlar uyğun olduqda iştirakçıya hesablanmış sayda iki hissəli lotereya bileti təqdim olunur.
Qəbzlərin fiskal ID-ləri, iştirakçı məlumatları və verilən bütün bilet nömrələri vahid Excel cədvəlində əlaqələndirilərək qeydiyyata alınır. Bilet məlumatları doldurulduqdan sonra bilet xüsusi kəsim xətti üzrə iki hissəyə bölünür. Biletin bir hissəsi iştirakçıda qalır, digər hissəsi isə Təşkilatçı tərəfindən Zefir Mall-da yerləşdirilən xüsusi lototrona daxil edilir.
Çeklər və lotereyada iştirak üçün biletlər yalnız 01 dekabr 2026-cı il tarixindən 15 yanvar 2027-ci il tarixinədək qəbul edilir.
Lotereyanın uduş fondu 30.01.2027-ci il tarixində oynanılır. Uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu uduş fondunun oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmayan müddəti əhatə etməlidir. Qaliblərə uduşların təqdim edilməsi müvafiq qaydada həyata keçirilir.
Qeyd: Kampaniya şərtlərinə əsasən, alış-veriş çekinin ümumi məbləği hesablanarkən tütün məmulatları və spirtli içkilərin alınmasına sərf olunan vəsait nəzərə alınmır və ümumi məbləğə daxil edilmir. Yalnız qanunvericiliklə icazə verilən digər malların alış-verişi zamanı ödənilən məbləğ minimum 30 AZN şərtini ödədikdə lotereya biletinin əldə olunması üçün əsas yaradır.